Interposta.Info

İtkin qadının skeleti 5 il sonra tapıldı... - VİDEO

Ölkə
 16-05-2019, 17:35     10 390

Türkiyənin Uşak bölgəsində yaşayan 83 yaşlı Hacer Cengiz 15 yanvar 2014-cü ildə itkin düşmüşdü.

Yaşlı qadının oğlu və gəlini polisə müraciət etdikdən sonra bölgədə geniş miqyaslı axtarış işləri başlayıb. Axtarışlar nəticəsiz qaldıqda Kocaköprü gölü də dalğıclar tərəfindən yoxlanılıb.

Bölgə Jandarm Komandanlığı 8 ay əvvəl Hacer Cengizin qeyb olmasına aydınlıq gətirmək məqsədilə üstü açılmamış hadisələr üzrə 4 mütəxəssisdən ibarət bir komanda yaradılıb.

Xüsusi komanda Hacer Cengizin ailə içində öldürüldüyünü güman edərək evdəki bütün foto və video görüntüləri ələ keçirib. Daha sonra Hatice Cengiz ilə oğlu Muhammed Cengizin olduğu rəsm və kamera görüntülərindən 4 dəqiqəlik bir video hazırlayıblar.

Muhammet Cengiz videonu izlədikdən sonra anasını həyat yoldaşının öldürdüyünü, daha sonra birlikdə basdırdıqlarını etiraf edib.

Qadının skeleti polislər tərəfindən 1 hektarlıq tarlada tapılıb. Cinayət səbəbinin yaşlı qadına aid olan tarla olduğu, öldürüldükdən sonra da cəsədinin həmin tarlada dəfn olunduğu ortaya çıxıb.

Müayinə nəticəsində yaşlı qadının boyun hissəsində sümüyünün qırıldığı, boğularaq öldüyü məlum olub.

Cinayətlə bağlı saxlanılan qadının oğlu Muhammet Cengiz, gəlini Leyla Cengiz, nəvəsi Mahmut Cengiz ilə qohumları Ali U və H. U həbs olunub./metbuat.az

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26