Interposta.Info

Bakıda ada qiymətinə iki otaqlı ev satılır (FOTOLAR)

Ölkə
 8-05-2019, 11:13     10 504

Bakıda 3 100 000 AZN qiymətinə iki otaqlı mənzil satılır.

Bu barədə elan bina.az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşən 2 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, "Xətai" metrostansiyasının yanında yerləşən evin ümumi sahəsi 95 kvadratmetr təşkil edir. Bu mənzilə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 3 100 000 manat ödəməli olacaq.
Hesablamaya görə mənizlin 1 kvadratmetri 32 600 AZN başa gəlir.

Qeyd edək ki, bu qiymətdən bir qədər baha Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir. (Buta.media)

İnterPosta.info

Bakıda ada qiymətinə iki otaqlı ev satılır (FOTOLAR)
Bakıda ada qiymətinə iki otaqlı ev satılır (FOTOLAR)
Bakıda ada qiymətinə iki otaqlı ev satılır (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26