Interposta.Info

“Akula Akif” azadlığa çıxır?

Ölkə
 3-05-2019, 14:43     10 450

Sabiq MTN-çilərdən biri hakim qarşısına çıxarılıb.

İnterPosta.info
Yeni Sabah-a istinadən xəbər verir ki, ləğv edilniş MTN-nin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş "Akula” ləqəbli Akif Əliyevin cəzası azaldılıb.

Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 ildən 4 ilə endirilib. Bu qərarla sabiq MTN-çinin yaxın aylarda azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub.

O, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin cinayət məsuliyyətinə cəlb edilən 21 əməkdaşından biri idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26