Interposta.Info

Daha bir təhlükəli kompüter oyunu peyda olub -Hədəf yeniyetmələrdir - VİDEO

Ölkə
 1-05-2019, 12:26     10 415

Məktəblilər üçün təhlükəli oyunlardan olan "mavi balina"dan sonra yeni bir oyun geniş yayılıb. "48 hour challenge" adlanan bu oyun "mavi balina" kimi təhlükəlidir. Oyunun əsas tapşırığı 48 saat gizlənməkdir. Bəzi ölkələrdə uşaqların psixologiyasına mənfi təsir etdiyinə görə oyuna qadağalar qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, yeni təhlükəli oyun son günlər geniş yayılmağa başlayıb. Əsas hədəfi məktəblilər və yeniyetmələr olan bu oyun bir çox ölkədə xeyli sayda uşağın itməsi ilə gündəmə gəlib. Hazırda isə Azərbaycanda bu oyun geniş yayılmağa başlayıb. Odur ki, psixoloqlar həyəcan təbili çalır.

Psixoloq Narınc Rüstəmova deyir ki, xüsusən yetkinlik dövründə olan uşaqlar kənar təsirlərə daha tez düşür. Bu kimi oyunların səbəbindən intiharların da sayı az olmur.

Bəzi valideynlər isə məktəblilərin smartfonlardan istifadəsinin yanlış olduğu qənaətindədirlər.

Qeyd edək ki, oyun bir çox ölkələrdə qadağan edilib. 18 yaşından aşağı şəxslər üçün əlçatanlığı məhdudlaşdırılıb.

İnterPosta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26