Interposta.Info

Neftçalada su hovuzunda partlayış olub, ölən var

Ölkə
 27-04-2019, 15:57     10 349

Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib.

Hadisə rayonun Cangan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26