Interposta.Info

Azərbaycanlı jurnalist Rusiyada həbs olundu - AĞIR İTTİHAM

Ölkə
 13-04-2019, 19:47     11 748

Rusiyada jurnalist fəaliyyəti ilə məşqul olan Azərbaycan vətəndaşı Fuad Abbasov Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Sfera.az bildirir ki, Abbasovun evindən 15 milyon rus rublunun aşkarlanaraq götürülməsi haqda informasiyalar dolaşır. Bəzi mənbələrin məlumatına görə, Fuad Abbasov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

Yeniçağ.ru-nun məsələylə bağlı yaydığı məlumatda isə bildirilir ki, Moskva məhkəməsi azərbaycanlı jurnalistin aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb.

Jurnalist Fuad Abbasov Rusiyadan deport edilir. Aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.

Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min rubl) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictiamiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.

Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri, Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26