Interposta.Info

İlham Əliyevdən 10 milyonuncu sakinlə bağlı paylaşım

Ölkə
 6-04-2019, 14:09     10 451

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

İnterPosta.info
-nun məlumatına görə, Prezident İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşının doğulması ilə bağlı "Facebook"da paylaşım edib. Dövlət başçısı üzərində "10 000 000-cu Azərbaycan vətəndaşı dünyaya gəldi" yazılmış, uşaq əlini tutan əlin və Azərbaycan bayrağının olduğu foto paylaşıb.

Qeyd edək ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bununla bağlı Azərbaycan xalqını təbrik edib.

İnterPosta.info

İlham Əliyevdən 10 milyonuncu sakinlə bağlı paylaşım

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26