Interposta.Info

AzTV-də qalmaqallı kadr dəyişikliyi: Televiziyanın daha bir xarici bürosu bağlandı

Ölkə
 5-04-2019, 21:27     10 466

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) növbəti qalmaqal baş verib

AzEuroNews.com – un əldə etdiyi məlumatda deyilir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov Qazaxıstan və Orta Asiya bürosunun müxbiri Fadil Paşayevi yanvar ayının sonunda geri çağırdıqdan sonra televiziyanın London və Yaponiya bürosunun ardınca bu büronu da bağlamaq qərarına gəlib. O buna səbəb olaraq xarici bürolara ayrılan xərcləri vəsait itkisi olduğunu bildirib.

Lakin bu addım qalmaqala səbəb olub.

Belə ki, televiziya rəhbərliyi F.Paşayevdən işdən çıxma haqqında ərizə tələb etdikdə müqavimətlə rastlaşıb. F.Paşayev özünə qarşı bu haqsızlıqla barışmayaraq QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədovun bu tələbi ilə razılaşmayıb.

O, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru, görkəmli jurnalist Faiq Hüsiyevin və daha iri məmurlarla qohumluğunu xatırladaraq QSC-nin Reklam və Marketinq Departamentinin rəhbəri postunu istəyib. Rəhbərlik isə buna cavab olaraq onu əmrlə işdən azad etsə də, bir müddət sonra F. Paşayev gözlənilmədən AzTV-də işə götürülüb.

QSC-dən əldə etdiyimiz məlumata görə, F.Paşayev ona qarşı baş verən haqsızlığın ardınca Rövşən Məmmədovdan Prezident Administrasiyası başda olmaqla bir çox dövlət qurumuna şikayət edib.

R. Məmmədov bundan sonra məcbur olub yenidən F.Paşayevi AzTV-yə qaytarıb.

Üç ay olar televiziyanın Qazaxıstan bürosona heç kim təyin olunmur.

Xatırladaq ki, uzun illərdir televiziyada xidməti olan, bir sıra dövlət mükafatlarına layiq görülmüş, peşəkar jurnalist Faiq Hüsiyev də bu ərəfədə gözlənilmədən tutduğu vəzifədən azad edilərək paralel icra etdiyi, elə də faktiki fəaliyyəti olmayan AzTV-nin TV və Radio Akademiyasında rektor vəzifəsində saxlanılıb.

Başqa bir xəbər isə, vaxtı ilə AzTV-nin informasiya proqramları departamentinin baş direktoru olan Faiq Hüseyivin müavini olmuş Mehriban Məmmədova ilə bağlıdır. Belə ki, son vaxtlar televiziyada aparılan kadr dəyişikliyi çərçivəsində yüksək vəzifə iddiasında olan Mehriban Məmmədova keçmiş sədr Arif Alışanovun kadrıdır. Onun iddiaları rəhbərliyinə xoş gəlmədiyindən o, tutduğu vəzifədən azad edilib. Yerinə isə, “Əsas məsələ” verlişinin aparıcısı Rüfət Həmzəyev təyin olunub.

Lakin Mehriban Məmmədovanın inadı və müqaviməti ilə rastlaşan Rövşən Məmmədov onu Faiq Hüsiyevin keçmiş postuna təyin edib.

Məlumat üçün bildirək ki, M.Məmmədova AzTV-yə İctimai Televiziyadan (İTV) gətirilib. Ona jurnalistlərin ikinci binasından ev də verilib.

Mövzu ilə bağlı AzTV rəhbərliyinin fikirlərini öyrənmək cəhdlərimiz heç cürə alınmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26