Interposta.Info

Şok əməliyyat: rəis həbs edildi - Korrupsiya...

Ölkə
 4-04-2019, 11:34     10 392

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə korrupsioner rəisə qarşı əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb.

İnterPosta.info
Musavat.com-a istinadən xəbər verir ki, iş yerində və evində aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən 70 ədəd maaş kartı götürülüb.

Aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna DOST mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Həmin işçilər Rayon Kommunal Təsərrüfat Birliyinin (RKTB)xətti ilə işə götürülürlər. Rəis Teymur Hacıyev 500 nəfərdən 70 nəfərinin maaş kartını özündə saxlayıb. Adları işçi kimi qeydiyyata alınsa da, faktiki olaraq həmin işçilər işə çıxmayıblar. Onların adına maaş kartları açılıb, hər ay ora 170 manat məvacib köçürülüb. Teymur Hacıyev hər ay həmin pulları çıxarıb. Ayda 12 min manat civarında pul mənimsənilib. Son 6 ay ərzində Teymur Hacıyevin 70 min manata yaxın ancaq maaş kartları vasitəsi ilə mənimsədiyi haqda məlumatlar var.

Bundan başqa Teymur Hacıyevin işdə olan fəhlələrə qarşı da qanunsuzluqlara yol verdiyi bildirilir. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı keçirməsinə səbəb də işçilərin Teymur Hacıyevdən şikayətləri səbəb olub. Belə ki, işçilər hüquq mühafizə orqanlarına yazdıqları şikayətlərdə Teymur Hacıyevin onlardan qanunsuz olaraq hər ay maaşlarından pul verməyə məcbur etdiyini, hər xırda məsələyə görə onlardan pul tələb etdiklərini yazıblar.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Şəmkirdə əməliyyat keçirdiklərini təsdiqləyib. Xidmət rəhbəri bildirib ki, əməliyyatın təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26