Interposta.Info

DİN sosial şəbəkələrdəki “çılpaq qızlar videosu” ilə bağlı rəsmi məlumat yaydı

Ölkə
 1-04-2019, 13:38     11 041

Xəbər verdiyimiz kimi, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Videogörüntü geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

* * *12:04

Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə də olsa belə onlar qurbandırlar: ”Azərbaycan qadınının çılpaq vəziyyətdə rəqs etdirilməsi və bunun videoçəkiliş vasitəsilə ictimailəşdirilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan adına xələl gətirən məqamlardan biridir. Bunu da nəzərə almaq lazımdır ki, xaricdən təsiredici halların axını mövcuddur. Ona görə də həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır: “Həmin videoçəkilişdə vətəndaşların çılpaq rəqs etməsinin, videomaterialın yayılmasının səbəbləri araşdırılmalıdır. Biz daha çox ailə siyasətinin gücləndirilməsinə, ailə dəyərlərinin və adət-ənənələrinin qorunmasına çalışırıq. Həmin qadınların spirtli içkilərin və yaxud da narkotik maddələrin təsiri altında bu işə sövq edilib-edilməməsi araşdırılır. Bu da Daxili İşlər Nazirliyinin araşdırmasından sonra məlum olacaq”.

* * *11:32

Ötən gün sürətlə sosial şəbəkələrdə yayılan və cəmiyyətdə böyük hiddət doğuran çılpaq qızlar videosuna görə hüquq-mühafizə orqanları hərəkətə keçib. “Qafqazinfo” xəbər verir ki, həmin videonu çəkənin və yayan şəxsin, habelə orada yer alan 3 qızın saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Virtualaz.org qeyd edir ki, həmin video dünən “Votsap”da və digər sosial şəbəkələrdə yayılmışdı. Videokadrlarda içki və orgiya səhnələri yer alır, 3 gənc qız tamamilə çılpaq vəziyyətdə, sərxoş halda rəqs edirlər. Çəkilişi aparan şəxsin qızları içkiyə təhrik etdiyi görünür. Kadrlarda orgiyanın təşkil olunduğu villanın həyətində park edilmiş 90 SA 888 dövlət nömrə nişanlı “Range Rover” avtomobili də gözə dəyir.

DİN sosial şəbəkələrdəki “çılpaq qızlar videosu” ilə bağlı rəsmi məlumat yaydı

Bu kadrlar cəmiyyətdə haqlı olaraq hiddətə səbəb olub. Və həmin avtomobilin dövlət nömrə nişanından çıxış edərək tezliklə orgiyanın iştirakçıları müəyyənləşdirilib.

Məlum olub ki, 90 SA 888 dövlət nişanlı "Range Rover" markalı avtomobilin sahibi Alıyev Səddam Qüdrət oğludur. Avtomobili etibarnamə ilə Rusiya vətəndaşı Cahid Kərimov da idarə edir. Əslən Şamaxıdan olan Cahid Kərimov bu videonu yayan şəxsdir. O, bunu Şamaxıdakı evində çəkib. Həmin şəxsin kifayət qədər imkanlı olduğu bildirilir. Nəsimi rayon sakini olan Alıyev Səddamın isə Moskvada meyvə-tərəvəz biznesi ilə məşğul olduğu bildirilir.
DİN sosial şəbəkələrdəki “çılpaq qızlar videosu” ilə bağlı rəsmi məlumat yaydı

Çılpaq qızları videoya çəkib yayaraq hiddət doğuran əxlaqsızlıq əməli törətmiş şəxsin kimlər tərəfindənsə döyüldüyü və alnından xəsarət aldığı barədə foto da sosial şəbəkələrdə yayılıb. Digər fotoya görə həmin “Range Rover” şəxsin yaşadığı binanın həyətindən evakuatorla aparılır.

Bu əxlaqsızlıq məclisində Bakının rayonlarından birinin icra hakimiyyətinin başçısının oğlunun da iştirak etdiyi haqda sosial şəbəkələrdə məlumatlar yayılıb, amma həmin məlumatların nə dərəcədə doğru olduğu məlum deyil. Hələlik hüquq-mühafizə orqanları bu qalmaqalla bağlı rəsmi məlumat yaymayıblar./musavat.com

İnterPosta.info

DİN sosial şəbəkələrdəki “çılpaq qızlar videosu” ilə bağlı rəsmi məlumat yaydı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26