Interposta.Info

Saakaşvili 2008-də qalstukunu niyə çeynəyirdi? - Video

Ölkə
 30-03-2019, 10:24     10 430

Mixail Saakaşvili 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsi zamanı niyə canlı efirdə qalstukunu çeynədiyinə aydınlıq gətirib.

“Qordon” portalına müsahibə verən Saakaşvili bu vəziyyətin təsadüfən yarandığını deyib.

“Mən canlı efirdə olduğumu bilmirdim. İnsan özüylə xüsusilə belə situasiyada baş-başa qalanda o, istənilən şeyi edə bilər” – deyə o bildirib.

Saakaşvili qalstuk çeynəmək adətinin “Artek” pioner düşərgəsində yarandığını və qalstuku sevmədiyini söyləyib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26