Interposta.Info

Əsgərovun rüşvət vermə görüntüsü yayıldı - Video

Ölkə
 28-03-2019, 21:21     10 363

Gürcüstanın Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb.

Report xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları R.Əsgərovun evində axtarış aparırlar.

R.Əsgərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. O, Marneuli sakrebulosunun binası yaxınlığında saxlanılıb.

***

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumata görə, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.

Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.

Ş.M. adlı vətəndaş R.Əsgərovla martın 7-də Marneulidə görüşərək ona 1 500 lari verib. Yerdə qalan 1 500 lari isə bələdiyyə üzvünə martın 20-də təqdim olunub.

R.Əsgərova qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26