Interposta.Info

Helikopter yanğını söndürmək üçün götürdüyü suyu nədən kənara boşaltdı? - Versiya

Ölkə
 26-03-2019, 11:56     10 431

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində şiddətli yanğın başlayıb. FHN-in hadisə yerinə cəlb olunmuş yanğınsöndürən briqadalarına şiddətli yanğını ram etmək üçün nəzərdə tutulmuş xüsusi helikopter də qoşulub.

İnterPosta.info-nun məlumatına görə, musavat.com-un çəkiliş qrupunun lentə aldığı videogörnütülərdə aydın şəkildə görünür ki, helikopter öz çəninə götürdüyü suyu yanğının "episentr"indən çox-çox aralı, tüstü çıxmayan yerə boşaldır. Bu fakt videonun 2.03-2.07 dəqiqələrində aydın görünür.

Belə bir qənaət var ki, qatı tüstü buludu helikopterin pilotuna yanğının ən şiddətli yerini görməyə və ona yaxınlaşmağa imkan verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26