Interposta.Info

DYP-dən qaydaları pozan polis maşını ilə bağlı açıqlama: avtomobilimiz nasaz olub

Ölkə
 20-03-2019, 16:55     11 255

Vətəndaşlardan biri öz avtomobilinə quraşdırılmış videoregistrator ilə çəkilmiş videogörüntünü saytımıza göndərib.

İnterPosta.info
Qaynarinfo-ya istinadən xəbər verir ki, videogörüntüdən göründüyü kimi, 28.01.2019 tarixində 13:28 radələrində Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində 99 YP 275 dövlət qeydiyyat nişanlı DYP avtomobilinin sürücüsü dönmə işıqlarını yandırmadan manevr etmə qaydasını pozaraq digər nəqliyyat vasitələrini sağdan ötüb keçir. Bu zaman sürücü sayrışan işıqları da qoşmayıb.

DYP-dən qaydaları pozan polis maşını ilə bağlı açıqlama: avtomobilimiz nasaz olub

Görüntü əsasında vətəndaş elektron qaydada DYP rəsmilərinə müraciət edib və sürücüyə yol verdiyi qayda pozuntusuna uyğun protokol yazılmasını istəyib. İş aidiyyatı üzrə Nizami rayonu DYP idarəsinə yönləndirilib. İdarədən gələn rəsmi cavab isə oxuyanların təəccübünə səbəb olmaya bilməz. İcraçısı S.Huseynov olduğu cavab məktubunda bildirilir ki, həmin vaxt avtomobilin mayakında nasazlıq yaranması ilə bağlı təmirə getdiyi üçün həmin vaxtı mayakı yandırmaq mümkün olmamışdır. İnanmaq olmur ki, bu rəsmi cavabdır. Yenə də buna qanuna müvafiq şəkildə cavab verək. Əgər bu avtomobil mayakında həqiqətən nasazlıq yaranması ilə bağlı təmirə gedirdisə, niyə sürücü təmir yerinə qaydaları pozub gedirdi. Axı hər hansı operativ fəaliyyətə doğru getmir. Yox əgər nasaz avtomobillə xidmət aparırdısa, niyə görə İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən sürücüyə protokol tərtib olunmayıb? Üçüncü və məktubu oxuyan kimi əksəriyyətinin ilk ağlına gələn fikir kimi isə bəlkə "əl əli yuyar, əl də üzü"?

Ümid edirik ki, DYP rəsmiləri bu məsələyə təkrar və daha ədalətli baxarlar. Videogörüntünü və cavab məktubunu təqdim edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26