Interposta.Info

“Alov Mühafizə Xidməti”ndən açıqlama

Ölkə
 16-03-2019, 11:13     11 341

Kütləvi İnformasiya Vasitələrində “Alov Mühafizə Xidməti” haqqında yazılan məlumatlara "İnterPosta.info" vastəsi ilə münasibət bildiririk ki, sizə göndərilən məlumatlar tamamilə əsassızdır, araşdırıldıqda yazılan məlumatlar anonimdir.
Bu yazılanlar dövlət başçısına, birinci vitse-prezidentə və digər dövlət orqanlarına göndərilmiş , məsələ ilə bağlı müvafiq araşdırlamaların aparılması da Vergilər Nazirliyinə həvalə olunmuşdur. Araşdırmalar zamanı “Alov Mühafizə Xidməti” baş idarə rəisi və həmtəsisçisi Qasımov Etibar Ağahüseyn oğlu Vergilər Nazirliyinə dəvət olunmuş , məsələ ilə bağlı izahat alınmışdır. “Alov Mühafizə Xidməti” tam qanuni fəaliyyət göstərir və vergilərini vaxtı-vaxtında ödəyir , bu da Vergilər Nazirliyi tərəfindən yoxlamalar zamanı təsdiqini tapmışdır. Məktubda göstərilən ad və həmin şəxsin ünvanı yalnışdır, belə bir ünvan yoxdur. Ünvanlayan şəxs kimi göstərilən Qazax sakini Hüseynov Zaur Mehdi oğlu “Alov Mühafizə Xidməti” ilə heçbir əlaqəsini olmadığını və belə bir məktub ünvanlamadığı notarial qaydada ərizə ilə “Alov Mühafizə Xidməti”nə və müvafiq dövlət qurumlarına göndərmişdir. Bu məsələnin araşdırılması həmçinin “Alov Mühafizə Xidməti” Baş idarə rəisi Etibar Ağahüseyn oğlu Qasımov tərəfindən də həyata keçirilir. Hüseynov Zaur Mehdi oğlunun notarial qayda da yazdığı ərizənin bir nüsxəsini də sizə təqdim edirik.

İnterPosta.info

“Alov Mühafizə Xidməti”ndən açıqlama
“Alov Mühafizə Xidməti”ndən açıqlama
“Alov Mühafizə Xidməti”ndən açıqlama

“Alov Mühafizə Xidməti”ndən açıqlama

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26