Interposta.Info

Əfvə kimlər düşəcək? - Hüquq müdafiəçisi elə adlar açıqladı ki…

Ölkə
 15-03-2019, 21:26     10 481

"İstərdik ki, Əfqan Muxtarlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və adlarını çəkmədiyim digərləri də əfv edilsin”

İnterPosta.info-nun məlumatın görə, sfera.az-a açıqlamasında bu sözləri Novruz bayramı münasibətilə gözlənilən əfv fərmanına tanınmış şəxslərdən kimlərin düşə biləcəyilə bağlı sualımızı cavablandırarkən Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Nobella Cəfəroğlu deyib:

"Novruz bayramı münasibətilə əfv olunacağını gözləyirik. Bu dəfə siyasi məhbus hesab edilən çox insanın əfvə düşəcəyini gözləyirik. Yəqin ki, əfv fərmanı martın 17-də olacaq. Ancaq konkret kimlərin siyahıya düşəcəyi barədə ad deyə bilmərik. Biz siyahını vermişik. Bu siyahıda 55 nəfərin əfv edilməsi xahişi var. Prezident kimi istəsə onlar da əfvə düşəcək. Düşünürəm ki, əfv fərmanı həbs edilən jurnalistlər, blogerlərə də şamil edilsə, daha yaxşı olar. İstərdik ki, Əfqan Muxtarlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və adlarını çəkmədiyim digərləri də əfv edilsinlər. Siyahımızda olan 55 nəfərin hamısı sırf siyasi məhbuslardır. Ümidimiz böyükdür. Amma görək nə olacaq”.

Qeyd edək ki, Novruz bayramı münasibətilə prezident tərəfindən növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri bu dəfəki əfv fərmanının vicdan məhbusları kimi tanınan daha çox sayda şəxsə şamil ediləcəyi qənaətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26