Interposta.Info

Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi

Ölkə
 8-03-2019, 22:48     10 292

Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə o, özü sosial mediada məlumat yayıb.

Aparıcı bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib: "Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".

Qeyd edək ki, E.Əlibəyli "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı idi. (modern.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26