Interposta.Info

Bu ölkədə "Bozqurd" işarəsi qadağan edildi

Ölkə
 1-03-2019, 17:57     10 745

Avstriyada 2018-ci ilin dekabrında parlamentdə qəbul edilən "Simvol qanunu" bu gündən etibarən qüvvəyə minib.

Radikalçılıq və siyasi islamla mübarizə tədbirləri çərçivəsində qəbul edilən qanuna görə bir çox simvolların göstərilməsi qadağan olunur.

Qadağan olunmuş simvollar içərisində "Bozqurd" işarəsi də var.

Qanunvericiliyə əsasən bu soimvolları nümayiş etdirən şəxslər 4 min avro məbləğində cərimələnəcək və ya 1 ay müddətinə azadlıqdan məhrum ediləcəklər. Qanunu ikinci dəfə pozanları isə 10 min avro məbləğində cərimə və ya 6 həftə həbs gözləyir.

Türkiyə Xarici İşlər Nazirliyi isə Avstriya Parlamentinin qəbul etdiyi "Simvol qanunu"na sərt reaksiya verib. Nazilik açıqlamasında bunun qəbuledilməz olduğunu və şiddətlə qınadıqlarını bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26