Interposta.Info

İraqın Bağdad şəhərində Səbuhi Məmmədli saxlanıldı

Ölkə
 27-02-2019, 10:46     10 599

Azərbaycanlı tanınmış jurnalist Səbuhi Məmmədli Bağdad Hava Limanında saxlanılıb.

İnterPosta.info
-nun məlumatına görə, bu barədə məlumatı jurnalist özü yayıb. O, bildirib ki, İraqın Bağdad Hava Limanında gece saatlarından etibarən saxlanılıb və pasportu da əlindən alınıb.

Jurnalistin əlində viza və gediş-gəliş üçün biletləri olsa da, gedişinə icazə verilməyib və saatlarla hava limanında gözlədilib.

Jurnalist bildirib ki, pasport əlindən alındıqdan sonra onu türmə kimi yerə salaraq gözlədiblər. Hazırda da orada olan jurnalistin sözlərinə görə, onu deport edəcəkləri gözlənilir.

S.Məmmədli bildirib ki, onunla bərabər iki banqladeşli jurnalist də saxlanılıb:

"Banqladeşli şəxslər də jurnalistdir. Bizim xarici jurnalist vizamız yoxdur, ehtimal edirik ki, ona görə saxlanılmışıq. Səfərimin məqsədi reportajlar hazırlamaqdır. Sərbəst gedib yemək, su almağa da icazə vermirlər. Özləri də yemək vermir. Xahiş edib kofe almışıq”.

İnterPosta.info

İraqın Bağdad şəhərində Səbuhi Məmmədli saxlanıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26