Interposta.Info

Azərbaycanda dəhşətli hadisə:ər həbs edildi, qadın özünü öldürdü

Ölkə
 21-02-2019, 16:27     10 430

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, rayonun Yuxarı Nüvədi kənd sakini, 1968-ci il təvəllüdlü Heyran Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Bildirilir ki, H.Teymurovanın həyat yoldaşı bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Bundan sonra qadının səhhətində problemlər yaranıb, onda nevroloji xəstəlik yaranıb.

İntihar edən qadının 2 azyaşlı övladı qalıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26