Interposta.Info

Onkoloji xəstəlikdən əziyət çəkən polkovnik-leytenant vəfat etdi

Ölkə
 19-02-2019, 19:31     10 643

Bu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Bu barədə İnterPosta.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26