Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb (FOTOLAR)

Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.
"Report"un məlumatına görə, uşaqlar küçəyə anaları tərəfindən atılıb.
Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.
Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26