Interposta.Info

İstanbulda azərbaycanlılar arasında qanlı ədavət:

Ölkə
 31-01-2019, 14:28     10 439

İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb.

İnterPosta.info
oxu.az-a istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib. Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.

Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı azərbaycanlı Sahib M. övladını xəstəxanaya apararkən saxlanılıb. Sahib M.-dən başqa onun yanında olan azərbaycanlılar 39 yaşlı Turan M. və Rişal H. da yaxalanıb.

Məlum olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır.

Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində Sahib M.-nin böyük qardaşı Ramil M. şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G. tərəfindən öldürülüb.

2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək, öldürüb.

Elə həmin ilin avqustun 8-də Sahib M. bu dəfə Gəncəli Əliyevi həmin məhəllədə qətlə yetirib.

Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif A. saxlanılıb.

Oktyabrın 7-də Qaziosmanpaşada Ruhil Ağayev Sahib M.-in qohumları Qasım M. və onun qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.

Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O həbs olunub. Onunla birlikdə saxlanılan Turan M. və Rişal H. azadlığa buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26