Interposta.Info

Şeyx patriarxdan azərbaycanlılar üçün məscid məsələsinin həllini xahiş edib

Ölkə
 30-01-2019, 17:47     10 451

Çərşənbə günü Moskvada şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiya patriarxı Kiril ilə görüşüb.

Nümayəndə heyətinin üzvləri Turan-a bildiriblər ki, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Onların arasında azərbaycanlı dindarlar üçün məsçidin inşasına torpaq ayrılması məsələsi də olub.

Qeyd edək ki, Azərbaycan diasporu Moskvada ən böyük diasporlardan biridir və müxtəlif hesablamalara görə, 800 mindən 1 milyona qədər üzvü var. Lakin digər etnik qruplardan fərqli olaraq ayrıca ibadət yeri yoxdur.

Bu məsələ azərbaycanlı dindarların “Yardam” məscidinə buraxılmaması ilə əlaqədar yaranan qalmaqaldan sonra daha da aktuallaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26