Interposta.Info

Antalya limanında fırtına: avtobusları aşırdı - Anbaan video

Ölkə
 26-01-2019, 15:23     10 503

Antalyada fırtına hava limanında qəzaya səbəb olub.

133 kilometr/saat gücündə olan fırtına iki avtobus, bir minibus və iki nərdivanı devirib, bir təyyarə və bir polis vertolyotunun pərvanəsi zədələnib. İnsident nəticəsində ümumiklikdə 12 nəfər yaralanıb.

Antalya rəsmiləri güclü fırtına ilə əlaqədar məlumat yayıblar. Belə ki, vətəndaşlara məcburiyyət yaranmayacağı təqdirdə evdən çölə çıxmamaq tövsiyə edilib.

Fırtına şəhərin bir sıra yerlərində ağacları aşırıb, bəzi yerlərdə elektrik enerjisi kəsilib./axar.az

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26