Interposta.Info

Əbülfəz Məlikov Səfər Mehdiyevin nəyinə lazımdır? -

Ölkə
 25-01-2019, 16:33     10 544

"Əbülfəz Məlikov Səfər Mehdiyevin nəyinə lazımdır?" Bunu son günlər portalımızda sabiq brokerçi, hazırda yenə də gömrükdə açıq-aşkar inhisarçılıqla məşğul olan və sözügedən varlığı ilə də "gömrükdə inhisarçılıq yoxdur" deyərək, sübut olunacağı təqdirdə istefa verəcəyini deyən DGK sədri Səfər Mehdiyev üçün aşkar surətdə təhdid olan Əbülfəz Məlikovla bağlı gedən yazılara reaksiya verərkən məlumatlı mənbə iddia edib.

İnterPosta.info xatırladır ki, xəbəri verən qaynaq dia.az-a bildirib ki, əslində Əbülfəz Məlikov bir sıra qaranlıq dairələrlə işbirliyinə getməsilə daha çox özünü zərbə altında qoyub:

"Əbülfəz Məlikov elə zənn edir ki, bu gün qorunur. Əksinə, özünün üzərindən birdəfəlik xətt çəkib. Necə ki, zamanında ona şörək verən Kəmaləddin Heydərova, Aydın Əliyevə asi oldu və bu gün kimlərinsə kölgəsondə barınır, sabah da başqalarının kölgəsinə sığına biləcəyini təxmin edir ki, bunda yanılır. Artıq ona kimsə etimad göstərmir və ən qısa müddətdə sığındığı dairərlər Məlikovu xərcləyəcək".

Mənbə bu fikirlərini onunla əsaslandırıb ki, artıq hüquq-mühafizə orqanları keçmiş brokerin fəaliyyətinə hüquqi qiymətin verilməsi üçün müvafiq göstərişi alıblar.

Əlavəbilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26