Interposta.Info

DTX məlumat yaydı: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili mövcud deyil!

Ölkə
 23-01-2019, 13:21     10 382

Hörmətli vətəndaşlar!
Əziz istifadəçilər!


Sosial şəbəkələrdə, o cümlədən facebook-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə aid olduğunu bildirən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunmuşdur.
Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil!

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!

Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26