Interposta.Info

Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!

Ölkə
 22-01-2019, 16:27     10 784

Azərbaycanda daha bir yüksək rütbəli məmurun gedişi gözlənilir. Bu barədə qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, yaxın günlərdə maliyyə naziri Samir Şərifov vəzifəsindən alınacaq və oun yerinə gənc kadrlardan biri təyin olunacaq. Maraqlı olanı budur ki, Maliyyə Naziri postuna iddialı kimi sabiq müsavatçılardan birinin adı çəkilir.

İnterPosta.info-nun məlumatına görə, mənbə dia.az-a bildirir ki, hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru vəzifəsini tutan Vusal Qasımlının bu posta təyinatı gözlənilir.

"Hər halda, belə bir təyinatın verilməsi olduqca ilginc görünür" deyən mənbə bildirir ki, Vüsal Qasımlı hazırda ölkənin sayılıb-seçilən iqtisadçılarından biridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26