Interposta.Info

Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı (FOTOLAR)

Ölkə
 13-01-2019, 20:22     10 760

Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində qeydə alınan bahalaşma artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.

Belə ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpikartan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb.

İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq "Mehriban” unu 27 manatdan 28.50 manata, "Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, "Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.

İnterPosta.info-nun məlumatına görə, modern.az əməkdaşının iri mağaza və super marketlərdə apardığı müşahidələr zamanı çörək və şirniyyatların qiymətinin də bahalaşdığı məlum olub. Əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.

Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan mini pizza 90 qəpiyə təklif edilir. Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma qeydə alınır.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır: "Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib”.

Ekspertin sözlərinə görə, şirniyyatların qiyməti yeni il ərəfəsindən etibarən bahalaşmağa başlayıb: "Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar”.

İnterPosta.info

Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı (FOTOLAR)
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı (FOTOLAR)
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı (FOTOLAR)
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26