Interposta.Info

Nazirlikdə 2 təyinat: Anar Hüseynov və Vüqar Həsənova vəzifə verildi

Ölkə
 7-01-2019, 11:54     10 521

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

İnterPosta.info
xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən əlumatı təsdiqləyiblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

V.Hüseynov faktı təsdiqləyib. V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.

İnterPosta.info

Nazirlikdə 2 təyinat: Anar Hüseynov və Vüqar Həsənova vəzifə verildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26