Interposta.Info

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lerikdəki "meşə mafiyası" - VİDEO+FOTO

Ölkə / Manşet / Paradoks
 3-01-2019, 22:02     12 928

Lerik meşələrində qiymətli ağaclar doğranılaraq satışa çıxarılır

Lerik rayonunda meşələrin kütləvi doğranılması Günəşli kənd ərazisindən başlayır.

İnterPosta.info
-ya yerli mənbənin verdiyi məlumata görə, bu "mafiya"nın başında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Lerik rayon İcra Hakimiyyətinin başçısı Röşən Bağırov və yerli iş adamları durur.

Rayonda olan mənbələrimiz bildirir ki, belə olmasa 2014-cü ildən Lerik rayon meşə massivlərinə qənim kəsilən "işbaz"lara dur deyilərdi.

Rayon sakinləri onu da bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məsələ ilə bağlı müraciət etdikdən sonra, nazirliyin əməkdaşları rayona gəlmiş, işbazlarla "özləri başa düşdüyü dildə" görüşdükdən sonra qeybə çəkiliblər.

İnterPosta.info-ya sakinlər onu da bildirirlər ki, edilən şikayətlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir reaksiya vermir.

Hüseynqulu Bağırovun nazir olduğu dönəm bitdikdən sonra şikayətçi sakinlər yeni, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət etsələr də hələ də bir tədbir görülməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin nümayəndələri adı çəkilən ünvanda tez-tez olması "meşə qatilləri"nin öz əməllərindən əl çəkməməsi nəyə işarə edir!?

Cavan və orta yaşlı, gövdəsi böyük, hündürlüyü 20-25 metr olan "Palıd" və onun kimi qadağan olunmuş ağaclar matəm günlərin yaşamaqda davam edir...

Məlumatlı mənbə bildirir ki, 2018-ci ildə meşə massivinin bağlı olmasına baxmayaraq, 2018-ci il fevral ayının 11-dən, 16-na qədər kəsilməsi qadağan olan müxtəlif adda 80-a yaxın ağac kəsilib! Bucür hallar Lerik rayon ərazisində yerləşən meşə massivlərində hərzaman baş verib, hal-hazırdada davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lerik rayon meşə massivinə yoxlama gedəndə, Günəşli kənd ərazisinin meşə gözətçisi Altay Hüseyinovun evində ziyafət məcilisi ilə qarşılanır. Olsun ki, bu səbəbdəndə Altay Hüseyinovun evinin həyətinə yığılmış tirləri görməzdən keçiblər. Necə olur ki, bir meşə gözətçisi, Altay Hüseyinov nazirlik üçün əvəz olunmaz “kadr” simvoluna çevrilib!?

Leriklilərin davamlı şikayət ərzələrindən sonra 09.11.2016-cı il il tarixdə ETSN-nin komisyası, inispektor Amil Bayramovun rəhbərliyi ilə Lerik rayonunda yerləşən meşə massivləri “yoxlanıb”. İkinci yoxlamada ETSN-nin əməkdaşları Raquf Mirzəyev, Cehun AxundovDədəxan Sədiyevin iştiraki ilə baş tutub. Amma, buna baxmayaraq Lerik təbiəti soyqırım günlərin yaşamaqdan qurtulmayıb.

Lerik təbiətinə qənim kəsilən mafiyoz cəlladlar fıstıq, palıd və nəsili kəsilmiş, qırmızı kitaba düşmüş AZAT ağaclarında doğrayaraq material kimi müxtəlif sexlərə satırlar.

Rayonda baş verən, bu özbaşınalığa İcra Başçısı Rövşən Bağırov da göz yumur, belə olmasay dı rayon rəhbəri kimi, Röşən Bağırovda aidiyyatı orqanlara müraciət edərdi!

Müstəqil araşdırmaçı jurnalist Elxan Mirzəyev İnterPosta.info-ya bildirib ki, araşdırması zamanı məlum olub ki, on minlərlə ağacların kəsilməsi faktı aşkarlanıb və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib. E.Mirzəyev bildirir ki, qeyd etdiyimiz faktların olmasına baxmayaraq ETSN-yi susmağa qərar verib. Bunu görən jurnalist E.Mirzəyev yenidən ETSN-nə müraciət etdib. Ardıcıl müraciətlərdən sonra, qurunun mətbuat katibi İradə İbrahimova jurnalistlə əlaqə saxlayaraq bildirib ki, Lerik rayon meşə sahələrinə nazirlikdən yoxlama təyin edilib.

E.Mirzəyev ETSN-nin rəsmisi İradə İbrahimovaya bildirib ki, şikayətçi olduğu üçün, yoxlamalarda o da iştirak etməlidir: İ.İbrahimova qarşı tərəfə bildirib ki, yoxlamalarda iştirak etməsi üçün, telefonun, planşetin ETSN-nin əməkdaşlarına verməlidir. E.Mirzəyev bildirir ki, telefonu, planşeti nazirliyin əməkdaşlarına vermədiyi üçün onu yoxlamalarda, iştirak etməyinə imkan verməyiblər!

Güman edirik ki, Muxtar Babayev, bu faktlardan sonra məsələni öz nəzarətinə götürüb, meşə mafiyasının üzvülərin cinaətə cəlb edəcək!

Araşdırmamız davam edir...

Qarşı tərəfləri dinləməyə hazırıq.

İnterPosta.info Lerik rayonunda müxtəlif vaxlarda çəkilmiş, bitib tükənməyən video faktları təqdim edir:
















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26