Interposta.Info

Yunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdi

Ölkə
 1-01-2019, 18:24     10 398

30 Dekabr tarixində "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin dəstəyi ilə Saloniki şəhəri və ətraf rayonlarda yaşayan 80-dək həmvətənimizi bir araya topladı.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Yunanıstanda yaşayan azərbaycanlılar ilin yekun şənliyinə qatıldılar. Bu il ərzində Cəmiyyətin fəaliyyəti və Azərbaycanın maraqları naminə xidmətləri olmuş tərəfdaş qurumların nümayəndələri, iş adamları, habelə digər ölkələrdə yaşayan və Yunanıstanda qonaq olan diaspor təşkilatları gəncləri də məclisin qonağı oldu. Bayram şənliyi çox mehriban və dost mühitində yekunlaşdı. Hər zaman Azərbaycan dövlətinin yanında olan və heç bir zaman mənəvi dəstəyini əsirgəməyən Türkiyə Cumhuriyyəti Baş Konsulu Orhan Yalman Okan bəyi dəvətimizi qəbul edərək öz ailəsi ilə birlikdə dəyərli qonaqlarımız sırasında görməkdən bir daha məmnunluğumuzu ifadə edirik.

İnterPosta.info


Yunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdi
Yunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdi
Yunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdi
Yunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdiYunanıstanda yaşayan soydaşlarımız yeni ili qeyd etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26