Interposta.Info

Bakıda iki nəfər maşında güllələndi

Ölkə
 28-12-2018, 11:25     10 441

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

İnterPosta.info
oxu.az-a istinadən xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26