İlin ən yaxşıları seçildilər – FOTOLAR

Akademik Milli Dram Teatrında “Şəms” milli mükafatlandırma mərasimi baş tutub.
Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən gecə dövlət himnimizin ifası ilə başlayıb. Daha sonra mükafatlar sahiblərinə təqdim olunub. Onlar arasında deputatlar Fazil Mustafa, Jalə Əliyeva, Sona Əliyeva, Qarabağ qaziləri, iş adamlar, incəsənət nümayəndələri də olub. Xalq artisti Flora Kərimova, əməkdar artist Manana, müğənni Zamiq həm mükafat alıb, həm də öz ifaları ilə qonaqlara xoş saat yaşadıb.
Aktrisa Aysel nazim ilə türkiyəli ortağı Atakan Taşur isə İstanbulda baş tutan Türkiyə Azərbaycancan Kardeşlik Ödülləri layihəsinə görə mükafata layiq görülüb./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26