Prezident FHN-in yeni binasının açılışında - Fotolar
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.
İnterPosta.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26