Interposta.Info

Sabiq MTN-çini öldürənlərdən biri tutuldu: qısqanclıq, yoxsa...?

Ölkə
 26-12-2018, 00:03     10 331

Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.

İnterPosta.info-nun məlumatına görə, bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.

Bununla belə, virtualaz.org aydınlaşdıra bilib ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes maraqlarının toqquşması yox, qısqanclıq olub.

Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26