Interposta.Info

Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO

Ölkə
 25-12-2018, 19:48     10 456

Qazaxıstanda model və Astana gənclər məclisinin deputatı Dinaqul Tasova döyülüb.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı İnstagram-da məlumat verib.

Tasova bildirib ki, onu “Fashion Night Astana” moda nümayişində açıq-saçıq geyiminə görə yaxın münasibətdə olduğu şəxs təörəfindən döyüldüyünü açıqlayıb:

“Nümayiş haqqında mətbuatda çıxan xəbərlərdən sonra kəskin tənqidlərə məruz qaldım. Məni yüngül əxlaqlı olmaqda ittiham etdillər və açıq-aşkar ələ salırdıar. Hətta mənim İnstagram səhifəmi sildilər. Bütün bunlara səbəb podiumda sinəmin görünməsi olub.

Mən öz işimi görürəm və bunu çox yaxşı edirəm. Podiumda hər kəs məni alqışladı. Nümayişdən sonra mənə qadınlar yaxınlaşıb, xoş sözlərini dedilər, mənimlə şəkil çəkdirdilər. Mən model kimi işimi yaxşı görürəm. Sizə bir sirr açım, buna qədər də mənim alt paltarında açıq-saçıq fotosessiyalarım olub. Buna görə heç bir qız alçaldılmamalıdır. Buna görə qızı döymək və alçaltmaq olarmı? Xeyr! Heç kimi!"

Öz yaxını tərəfində fiziki təcavüzə məruz qalan Dinaqul Tasova xəsarətlərini nümayiş etdirən fotosessiya təqdim edib: "İndi isə fotolara baxın! Fotolarda “yaxın” bildiyim insanın mənə “dəstəyi”nin nəticələri aydın görünür. Mən susmamaq qərarına gəlmişəm”, - Dinaqul bildirib.

O qeyd edib ki, statistikaya əsasən, Qazaxıstanda hər üçüncü qadın döyülmə, zorakılıq və müxtəlif amansız rəftarlarla qarşılaşır və söz verib ki, bu cür halların qarşısının alınması üçün addımlar atacaq.

İnterPosta.info

Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO
Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO
Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO
Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO
Qazaxıstanda sinəsini nümayiş etdirən qadın deputat döyüldü - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26