Interposta.Info

Mediada gender məsələlərinin işıqlandırılması mövzusunda təlim keçirilib

Ölkə
 15-12-2018, 23:52     10 475

Cari ilin 11-13 dekabr tarixlərində Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsü ilə "Gender məsələləri və ailədaxili zorakılıq mövzularının işıqlandırılmasında etik və obyektiv xəbərçilik" mövzusunda təlim sesiyaları keçirilib.
Peşəkar media nümayəndələrinin, bloqqerlərin, həmçinin, BDU-nun jurnalistika fakültəsinin tələbələrinin qatıldığı təlimlərdə təlimçi qismində yerli mütəxəssislər Ellada Mustafayeva, Fidan Əzimli, Ülkər Bayramova və Xalisə Şahverdiyeva çıxış ediblər.
Təlimçilər öz təqdimatlarında "Azərbaycanda gender stereotipləri və ailədaxili zorakılıqlar", "Gender və ailədaxili zorakılıq məsələlərinin mediada işıqlandırılmasında etik qaydalar, hüquqi məsuliyyət", "Seksizm və gender bərabərsizliyi. Sosial aspektdən gender bərabərsizliyini yaradan faktorlar", " Gender bərabərliyi və ailə dəyərləri", "Jurnalistika ixtisası üzrə tədrisdə gender bərabərliyinin təbliği", "Gender bərabərliyinin təşviq edilməsində medianın rolu, sosial media kampaniyaları" kimi mövzulara toxunublar.
Sonda iştirakçılara təlimi uğurlar başa vurdurlarına dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, qadınların imkanlarının artırılması və gender bərabərliyinin təşviqi USAID və ABŞ hökumətinin qlobal prioritetlərindəndir.
USAID 80-dən çox ölkədə gender proqramlarını həyata keçirir. Azərbaycanda USAID qadınların iqtisadiyyatda və siyasi qərarların qəbul edilməsində iştirakını artırmaqla, habelə gender əsaslı zorakılıq və insan alveri ilə mübarizə aparmaqla qadınların imkanlarının artırılmasını təşviq edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26