Interposta.Info

Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi

Ölkə
 14-12-2018, 11:20     8 700

Baş nazir Novruz Məmmədov sosial müdafiə ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.

İnterPosta.info
-nun məlumatlna görə, "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilib:

"1.5. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.

"Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə "Mərkəzləşdirilmiş” sözündən sonra "Elektron” sözü əlavə edilib.

"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində "Elektron xidmətlər” sözləri "e-sosial” internet” sözləri ilə əvəz edilib.

"Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.5-ci bəndinə "mərkəzləşdirilmiş” sözündən sonra "elektron” sözü əlavə edilib.

"Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda da analoji dəyişikliklər həyata keçirilib.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə "Mərkəzləşdirilmiş” sözündən sonra "Elektron” sözü əlavə edilib və həmin bənddə "MİS” abreviaturası "MEİS” abreviaturası ilə əvəz edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26