Interposta.Info

Məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb - VİDEOLAR

Ölkə
 2-12-2018, 10:55     660

Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.

Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur./aztoday.az

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26