Elmira Süleymanovanın maaşı artırıldı

İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılıb.
İnterPosta.info oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.
Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırkı qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır.
Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26