Interposta.Info

Amerika hərbi təyyarəçisi müsəlman oldu və saqqal buraxdı -

Ölkə
 22-11-2018, 14:35     10 471

ABŞ Hava Qüvvələri tarixində ilk dəfə hərbi pilotun dini səbəblərə görə saqqal saxlaması üçün icazə verilib.

Moderator.az xəbər verir ki, bu haqda “AirNews Times” nəşri informasiya yayıb.

Çavuş Abdurrahman Qaytan Hərbi Hava Qüvvələrinin Kaliforniyadakı bazasında xidmət edir. Amerikalı bir katolik ailəsində böyümüş Ə.Qaytan artıq yetkin çağlarında İslamla maraqlanmağa başlayıb. Bu, onun Türkiyədəki xidmət dövründə baş verib.

"Türkiyədən ayrıldığımda sanki canımın bir hissəsinin orada qaldığını hiss etdim" -deyir Qaytan. "Quran oxumağa başladım və çox oxuduqca onun öyrənilməsi daha çox məni cəlb etdi".

Daha sonra Havay adalarında xidmət edən hərbi pilot məscidi ziyarət etməyə və imama suallar verməyə başlayıb. Nəticədə çavuş tezliklə İslamı qəbul edib.

Məsuliyyətli bir şəxs olan Abdurrahman dərhal saqqal saxlamğa icazə almaq üçün rəhbərliyə müraciət etməyi qərara alıb. Bürokratik prosedurlar 4 il davam edib. Sonda təyyarəçi, nəhayət, üzünü qırxmadan işləməyə icazə ala blib.

Qaytanın sözlərinə görə, ilk vaxtlar ətrafındakıların bir qismi onun İslamı qəbul etməsinə mənfi yanaşıblar, amma həmkarlarından biri olan qadın pilot, onu sanki şir kimi müdafiə etməyə başlayıb və yeni müsəlmana böyük dəstək verib.

İnterPosta.info

Amerika hərbi təyyarəçisi müsəlman oldu və saqqal buraxdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26