Interposta.Info

Prezident uşaqlarla bağlı fərman imzaladı

Ölkə
 21-11-2018, 20:36     10 374

Prezident İlham Əliyev "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb.

İnterPosta.info xəbər verir ki, 19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda bildirilir ki, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26