Interposta.Info

Azərbaycanda dəhşətli yanğın: 5 nəfər öldü

Ölkə
 14-11-2018, 10:49     10 352

Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

FHN-dən "İnterPosta"-ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.​

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26