Interposta.Info

Prezidentin təyin etdiyi yeni başçı kimdir? - DOSYE

Ölkə
 30-10-2018, 17:38     10 492

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Teyyub oğlu Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Vuqar Teyyub oğlu Zeynalov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, 2015-ci ilin 28 dekabr tarixindən etibarən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2012-ci ildən etibarən Vuqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib./BakuPost

Ailəlidir, iki övladı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26