Interposta.Info

Nazim İbrahimovun qardaşının işi Ağır Cinayətlərə göndərilir

Ölkə
 25-10-2018, 23:25     10 415

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost-un xəbərinə görə, artıq tərəflər S.İbrahimovun cinayət işi materialları ilə tanış olur.

"İnterPosta"-nın məlumatına görə, iş üzrə zərərçəkmiş şəxslərdən biri Etibar Allahverdiyevin vəkili Xəqani İmanov Oxu.Az-a açıqlamasında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə 162 min 400 ABŞ doları məbləğində ziyan dəyib:

"Həmin şəxs 50 min dollar məbləğində mənəvi ziyanın ödənilməsini Sahib İbrahimovdan tələb edir”.

X.İmanov onu da əlavə edib ki, S.İbrahimovun cinayət işi üzrə ümumilikdə 60 zərərçəkmiş var ki, onlara da təxminən iki milyon manatdan çox ziyan dəyib.

S.İbrahimovun işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Nazim İbrahimovun qardaşının işi Ağır Cinayətlərə göndərilir


İttihama görə, İbrahimov Sahib Hüseyn oğlu vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən vəzifə saxtakarlığı törədib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq edib, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.

S. İbrahimov vergidən yayınma, sənəd saxtalaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26