Interposta.Info

Məşhur qanuni oğru Türkiyədə ələ keçdi

Ölkə
 25-10-2018, 18:33     10 001

"Lavaşğolu" ləqəbi ilə tanınan gürcü əsilli məşhur "qanuni oğru" Mindia Qoradze Türkiyədə saxlanılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğurluq və silahlı hücum təşkil etməkdə ittiham olunaraq barəsində Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən həbs qərarı çıxarılan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan məşhur mafioz Trabzonda ələ keçib.

O, Trabzonda Yol Polisi İdarəsi əməkdaşlarının apardığı reyd zamanı saxlanılıb.

Axtarış zamanı Mindiyanın avtomobilindən 1 ədəd qanunsuz silah və çox sayda mərmi aşkar edilərək götürülüb. Barəsindəki araşdırmalar başa çatdıqdan sonra o, İnterpola təslim ediləcək.

Qeyd edək ki, Lavaşoğlu 2005-ci ildə də Moldovada saxlanılmış və deportasiya edilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26