Interposta.Info

İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında

Ölkə
 22-10-2018, 13:30     8 751

Prezident İlham Əliyev bu gün İmişli rayonuna səfərə gedib.

"İnterPosta" xəbər verir ki, dövlət əvvəlcə Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bu gün İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezidentə Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basib. Sonda xatirə şəkli çəkdirilib.

İnterPosta.info

İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında
İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında
İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında
İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında
İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun açılışında

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26