Interposta.Info

Prezident 4 sərəncam imzaladı: 15,5 milyon manat ayırdı

Ölkə
 11-10-2018, 20:53     10 355

Prezident İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

"XeberBiz" xəbər verir ki, dövlət başçısı Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb.

Prezident Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi, Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı da sərəncam imzalayıb.

Sərəncamlara əsasən, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 3 milyon manat, Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) 7.5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.

İlham Əliyev başqa bir sərəncamla Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə 2 milyon manat ayırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26