Interposta.Info

Belə hallara yol verən sərnişinlər avtobusdan qovulacaq - VİDEO

Ölkə
 5-10-2018, 23:03     10 393

Son günlər avtobuslarda sərnişinlər arasında yaranan mübahisələrin dava ilə nəticələnməsi halları artıb.

Xezerxeber.az bildirir ki, bu cür hadisələrlə bağlı yayılan görüntülərdə bəzən söyüş, tərbiyəsiz ifadələrin işlədilməsinin də şahidi oluruq. Təbii ki, bu hallar digər sərnişinlərin narahatlığına səbəb olur.

Həmçinin belə hadisələr sürücülərin də diqqətini yayındırır. Belə olan halda isə qəzaların baş verməsi qaçılmaz olur.

Bəs ictimai nəqliyyatda hər hansı səbəbdən dava edən sərnişinlərlə bağlı sürücü hansı addımı atmalıdır?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sürücü həmin sərnişinləri avtobusdan yerə endirə bilər. Bu hal "Avtomobil nəqliyyatı haqqında" qanunla tənzimlənir.

Nuridə Allahyarovanın sözlərinə görə, bununla bağlı bütün daşıyıcı şirkətlərə məlumat veriləcək ki, sürücüləri xəbardar etsinlər.

Bu qaydalardan xəbəri olmayan sürücülər isə bundan sonra işlərinin bir qədər asan olacağını deyirlər.

Nuridə Allahyarova onu da vurğulayıb ki, əgər hansısa sərnişin əsassız yerə sürücü tərəfindən avtobusdan düşürüldüyünü iddia edərsə, bu da avtobuslarda olan kameralar vasitəsi ilə araşdırılacaq. Bundan başqa, o, belə fakta görə heç bir sərnişinə güzəştə gedilməyəcəyini də bildirib.

Belə halla rastlaşmaq istəməyən sərnişin ictimai nəqliyyatda davranış qaydalasına diqqət etməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26